Havaların dəyişməsi xəstəlik yaradır
Cəmiyyət
16.09.2024 19:15
Havanın temperaturunun qəfil dəyişməsi bir sıra xəstəliklərə səbəb ola bilər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, mütəxəsislər ürək, damar patologiyası, hipertoniya kimi xroniki xəstəlikləri olan insanlara havanın qəfil dəyişməsinin daha çox təsir etdiyini açıqlayıblar.
Bildirilib ki, sağlam insanlarda damarların tonusuna cavabdeh olan avtonom sinir sistemi payız havasına uyğunlaşır, xroniki xəstəliklərdə isə bu proses pozulur.
Vazokonstriktor maddələr vazodilatatorlardan xeyli çox istehsal olunur. Bu, damar tonusunun artmasına səbəb olur ki, bu da təzyiq artımlarına, sağlamlığın pisləşməsinə gətirib çıxarır.
Terapevtlər, həmçinin xroniki xəstəliyi olan insanlara payızda sağlamlıqlarına qarşı daha diqqətli olmağı tövsiyə ediblər.
Günəş Mərd
tag: Hava,Temperatur ,Atmosfer ,Xəstəlik, İnsanlar ,todaypress.az,