Havada tozun miqdarı nisbətən azaldı
Cəmiyyət
04.09.2024 11:58
Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə azalma müşahidə olunur.
TodayPress xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib.
O, bildirib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 2-2.5 dəfə çoxdur.
"Sinoptik vəziyyətlə əlaqədar sentyabrın 4-də ölkə ərazisində şimal-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir” deyə Abbasova əlavə edib.
Xatırladaq ki, sentyabrın 3-də havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.
Töhfə Səməd
tag: Milli Hidrometeorologiya Xidməti,Gülnarə Abbasova ,Hava, Toz, Azalma,Külək, todaypress.az,