Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılır

Cəmiyyət

11.04.2025 12:38

9

Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılır. 

TodayPress xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, hava nəqliyyatında tütün çəkməyə görə cərimə yüz manatdan beş yüz manata qaldırılır. 

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.az,