Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Cəmiyyət

27.04.2025 17:32

72

Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən TodayPress-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

tag: Milli Hidrometeorologiya Xidməti,Temperatur,Hava,Yağış,todaypress.az,