Günəşdə güclü parlayış baş verdi
Cəmiyyət
07.02.2025 11:05
Fevralın 6-da Günəşdə ən yüksək səviyyəli - X dərəcəli partlayış qeydə alınıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Hadisə Bakı vaxtı ilə saat 15:04-də baş verib.
“3981 (N05W16) günəş ləkələri qrupunda rentgen diapazonunda 35 dəqiqə davam edən M7.6 alışması qeydə alınıb” deyə bildirilib.
Ekspertlərin fikrincə, bu, fevral ayında ikinci yüksək səviyyəli partlayışdır.
Bundan əvvəl fevralın 3-də M8.8 sinifli partlayış qeydə alınıb.
Töhfə Səməd
tag: Günəş,Partlayış,Tətbiqi Geofizika İnstitutu,todaypress.az,