Gün ərzində paytaxtda yağış yağacaq

Cəmiyyət

18.11.2024 09:38

Bakıda və Abşeron yarımadasında noyabrın 18-i saat 9:00-a olan məlumata əsasən, yağış yağır.

Bu barədə TodayPress-ə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, yağıntılı hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir. Yağışın yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

tag: Hava, Yağış, Temperatur,Milli Hidrometeorologiya Xidməti, todaypress.az,