Güclü maqnit qasırğası başladı
Cəmiyyət
17.09.2024 09:47
Yer kürəsində güclü maqnit qasırğası başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, maqnit qasırğasının daha əvvəl başlanması gözlənilsə də, gecikmələr baş verib.
Qeyd edək ki, fırtına Bakı vaxtı ilə 07:00-dan sonra başlayıb. Ehtimal edilir ki, maqnit qasırğası sentyabrın 17-də, günün ikinci yarısında sona çatacaq. Təbiət hadisəsinin sinfi hazırda G4 kimi qiymətləndirilir və tədricən zəifləyəcək.
Töhfə Səməd
tag: Yer Kürəsi, Qasırğa, Maqnit, Təbiət Hadisəsi ,Bakı, todaypress.az,