Güclü küləklə bağlı XƏBƏRDARLIQ
Cəmiyyət
03.02.2025 15:44
Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə TodayPrerss-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Hacıqabul, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Goranboy, Şəmkirdə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bu sarı xəbərdarlığa uyğundur.
tag: Hava,Temperatur,Yağış,Rütubət,Todaypress.az,