Goranboyda silah-sursat aşkarlandı
Cəmiyyət
04.01.2025 21:12
Goranboy rayonunda silah-sursat aşkarlanıb.
TodayPress xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə
rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat
olması barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvanlara gedərək müvafiq
tədbirlər həyata keçirib və ümumilikdə iki ədəd “Kalaşnikov” markalı avtomat,
üç ədəd avtomat darağı, 60 ədəd 7,62 çaplı avtomat patronu və 100 ədəd RPK
patronu aşkar edərək götürüblər.
Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub,
faktla bağlı araşdırmalar davam etdirilir.
tag: Polis, Silah, RPK, Goranboy, Ağcakənd, todaypress.az,