Gəncədə kütləvi zəhərlənmə oldu: Qurumlar nə deyir? – RƏSMİ
Aprelin 11-də saat 03:00 radələrində gəncə şəhər birləşmiş xəstəxanasının nəzdində olan abbas səhhət adına xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Onların tortdan zəhərləndikləri ehtimal olunur.
AQTA-dan isə TodayPress-ə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Əlavə edilib ki, araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.
Türkan İsgəndərli
tag: TƏBİB,AQTA,Zəhərlənmə,Sorğu,Todaypress.az,