Gələn şənbə və bazar tam iş günüdür
Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
TodayPress xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
28 və 29 dekabr tarixlərində istirahət günləri olmasına baxmayaraq tam iş günü olacaq. Yeni ildə ardıcıl 7 gün iş olmayacaq. Belə ki, 30-31 dekabr, 1- 5 yanvar tarixləri qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.
tag: Şənbə, Bazar, İstirahət ,Yanvar ,todaypress.az,