Gələn il minimum pensiyanın artırılması planlaşdırılır
Cəmiyyət
25.11.2024 11:43
Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, müharibə iştirakçılara qayğı və diqqət gələn il də davam edəcək.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, gələn il minimum pensiya və minimum əməkhaqqının artırılması, pensiyaların indeskləşdirilməsi planlaşdırılır:
“Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. Xatırladaq ki, Vətən müharibəsində təkcə ordumuz döyüşmürdü, döyüşən həm də büdcəmiz, iqtisadiyyatımız idi. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan sosial büdcəsi Ermənistanın 2025-ci il üçün proqnozlaşdırdığı büdcə gəlirlərini 30-50 % üstələyir”.
tag: Milli Məclis, Pensiya, Komitə, Artım, Cəmiyyət, todaypress.az,