Gələn il Biləsuvarın 9 kəndinin elektrik xətləri yenilənəcək
Cəmiyyət
14.11.2024 22:39
Gələn il Biləsuvar rayonunun 9 kəndinin
elektrik xətlərinin yenilənməsi planlaşdırılır.
TodayPress xəbər verir ki, bu barədə Biləsuvar Elektrik
Şəbəkəsindən məlumat verilib.
Belə ki, rayonun Ovçubərə, Nərimankənd, Səmədabad,
Zəhmətabad, Bağbanlar, Aranlı, Çinarlı, Nərimankənd və Çaylı kəndlərində SİP
kabelləşmə işlərinin aparılması gözlənilir.
Qeyd edək ki, Muğan, Yuxarı Ağalı, Ağayrı, Günəşli və
İsmətli kəndlərində SİP kabelləşmə işləri başa çatmaq üzrədir.
Həmçinin rayonun Ağalıkənd, Yuxarı Cürəli, Əsgərabad və
Aşağı Cürəli kəndlərində sözügedən işlər yekunlaşıb.
tag: Biləsuvar, Elektrik, Səmədabad, Günəşli, todaypress.az,