“Formula-1”ə görə bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
Cəmiyyət
08.09.2024 13:00
"Formula-1" üzrə Azərbaycan Qran Pri yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir
sıra yolları bağlanacaq.
TodayPress
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat
yayıb.
Bununla
əlaqədar 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus
marşrutunun hərəkət sxemi isə dəyişdirilir.
Dəyişikliyə
əsasən:
1
nömrəli avtobus marşrutu (istiqamət: “Neftçilər” metrostansiyası), 46 nömrəli
avtobus marşrutu (istiqamət: “Əhmədli” metrostansiyası) və H1 nömrəli avtobus
marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə
Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov
küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;
2 nömrəli avtobus marşrutu (istiqamət: “Dərnəgül” metrostansiyası) Dilarə Əliyeva
küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi,
daha sonra öz hərəkət sxemi üzrə;
4
nömrəli avtobus marşrutu (istiqamət: “Xətai” metrostansiyası) Azadlıq prospekti
– Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti –
Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
5
nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət
“Nəriman Nərimanov” metrostansiyası – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət
20-ci Sahə dairəsi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.
6,
10, 18, 31, 37, 77 və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər”
metrostansiyası) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi
(son dayanacaq məntəqəsi) üzrə;
61
nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank): Səməd Vurğun küçəsi – Şəmsi
Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;
65
nömrəli avtobus marşrutu (istiqamət: “İçərişəhər” metrostansiyası) Murtuza
Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi)
üzrə;
88
nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Azadlıq
prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.
125
nömrəli avtobus marşrutu (istiqamət: “28 May” metrostansiyası) Lökbatan dairəsi
– Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq
küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi
– Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, “28 Mall” ticarət mərkəzi)
əhatə edəcək.
149
nömrəli avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi
Bəhram Gur heykəlinin qarşısı olacaq.
E1
nömrəli avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq.
tag: Yol,F1,Bağlı,BakuBus,AYNA, todaypress.az,