FHN: 23 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Cəmiyyət

10.02.2025 12:08

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, yanğınlar zamanı 4-ü azyaşlı olmaqla 29 nəfər təxliyə olunub. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən TodayPress-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, yanğınlar zamanı 4-ü azyaşlı olmaqla 29 nəfər təxliyə olunub.

tag: FHN,Operativ,Sutka,Xilasetmə,Todaypress.az,