Faktiki hava açıqlandı
Cəmiyyət
10.11.2024 14:57
Milli Hidrometeorologiya Xidmətinin
noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti
əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə
qısamüddətli yağış yağıb.
Xidmətdən TodayPress-ə bildirilib ki, yağıntının
miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1
mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron
yarımadasında 11 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1
dərəcəyədək isti, yüksək dağlıq ərazilərində 5 dərəcəyədək şaxta, Aran
rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1
dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.
tag: Hava, Bakı, Abşeron, Bölgə, todaypress.az,