Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu
“Xural” TV-nin rəhbəri, jurnalist Əvəz
Zeynallının səhhətində yaranan problemlərə görə azadlığa buraxılması üçün
Prezident İlham Əliyevə rəsmi müraciət ünvanlanıb.
TodayPress-in məlumatına görə, bir sıra ictimaiyyət və media
nümayəndələri, hüquq müdafiəçilərinin, eləcə də tanınmış şəxslərin imzaladığı
müraciətdə qeyd olunur ki, 2022-ci ilin sentyabrında həbs edilən jurnalist
həbsdə olduğu müddətdə ciddi sağlamlıq problemləri ilə üzləşib. Bir gözündən
əməliyyat olunsa da, digər gözündə ehtiyac yaranmasına baxmayaraq, həkimlər
həbsxana şəraitində müdaxiləyə imkan verməyiblər.
Son müayinələr zamanı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində
Zeynallıya “metastatik yoğun bağırsaq xərçəngi (qara ciyərə yayılma ilə)”
diaqnozu qoyulub. Bu isə xəstəliyin irəliləmiş və həyati təhlükə yaradan
mərhələsi hesab olunur. Müraciətdə bildirilir ki, onun sağlamlıq vəziyyəti
peşəkar müalicə tələb edir və bu proseslərin həbsxana şəraitində aparılması
mümkün deyil.
Əvəz Zeynallının ictimai fəaliyyəti, ailə vəziyyəti və şəxsi keyfiyyətləri
nəzərə alınaraq, onun barəsində verilmiş hökmün dəyişdirilməsi və azadlığa
buraxılması istənilib.
Müraciətin sonunda Prezidentə belə səslənilir:
“Cənab Prezident!
Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə
humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans
tanımısınız!
İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və
müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən
istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi
verəcəksiniz.
Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk”.
Müraciəti aşağıdakı
tanınmış şəxslər imzalayıb: