Əvəz Zeynallı bir halda əfv oluna bilər - AÇIQLAMA
“Həbsdə olan juranlist Əvəz Zeynallını yanlız Azərbaycan Prezidenti İlham Əliyev əfv edə bilər”.
Bu fikirləri TodayPress-ə açıqlamasında hüquqşünas Mehman Muradlı deyib.
O bildirib ki, əfv birbaşa Azərbaycan Prezidentinin müstəsna səlahiyyətinə aid olan məsələdir:
“Qanunvericilik isə tələb edir ki, saxlanılan şəxsin əfvlə bağlı müraciəti olsun. Lakin bu məsələ müstəsna səlahiyyətə aid olduğu üçün Prezident İlham Əliyev Əvəz Zeynallını əfv edə bilər”.
Qeyd edək ki, bu günlərdə 2022-ci ildə rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalistə müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində bədxassəli xərçəng diaqnozu qoyulub. “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının səhhətində yaranan problemlərə görə azadlığa buraxılması üçün hüquq müdafiəçiləri və jurnalistlər Prezident İlham Əliyevə rəsmi müraciət ünvanlayıblar.
Qiymət Mahir
tag: Əvəz Zeynallı,Həbs,Əfv,Jurnalist,todaypress.az,
