ETSN: Havada tozun miqdarı normadan artıqdır

Cəmiyyət

03.09.2024 10:34

Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur.

TodayPress xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  

Bildirilib ki, havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir” məlumatda qeyd olunub. 

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

tag: Milli Hidrometeorologiya Xidməti, Hava, Toz, Miqdar, Atmosfer, todaypress.az,