Ən yaşlı qadın və kişi seçicilər bəlli oldu /- FOTO

Cəmiyyət

31.08.2024 14:44

Azərbaycanda ən yaşlı seçici Lənkərandan olan qadındır.

TodayPress xəbər  verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransında açıqlayıb.

O bildirib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. 

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.

tag: Azərbaycan,Mərkəzi Seçki Komissiyası,Məzahir Pənahov , Konfrans,Qeydiyyat,Yaşlı, Sabunçu, todaypress.az,

photo
photo