Elvin Hüseynov: "YAŞAT" fonduna 285 min 868 müraciət daxil olub”

Cəmiyyət

09.12.2024 11:37

“Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir”. 

TodayPress xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun fəaliyyətinə dair (4 illik) mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, fondun fəaliyyət istiqaməti 4 hissəyə bölünür: məişət şəraitinin yaxşılaşdırılması, tibb, təhsil və istehlak kreditidir. 4 il ərzində 86 milyon manatdan çox vəsait xərclənib. İlin sonuna qədər bu rəqəm 87 milyonu ötəcək: 

“Bu günə qədər fonda 285 min 868 müraciət daxil olub. Bu illər ərzində müalicə və psixoloji dəstək xərcləri 77.1%-lə birinci yerdə durur. Bu günə qədər müalicə məqsədilə xaricə göndərilən şəxslərin sayı 191 nəfər olub. Onlardan 9-u şəhid ailələrinin üzvləri, 182 nəfəri isə ağır yaralı şəxslər olub. 

Birdəfəlik mükafat və “Yaşat” təqaüdünə xərclənən ümumi məbləğ 423 min 434 manat, müraciət sayı isə 207-dir”. 

Elvin Hüseynov qeyd edib ki, fond tərəfindən bu günə qədər 25027 nəfərin iştirak etdiyi 56 layihə həyata keçirilib. 

Töhfə Səməd

tag: Yaşat ,Elvin Hüseynov, Müraciət, Şəxs, todaypress.az,