Əli Əsədov işğaldan azad edilmiş ərazilərdə görülən işlər haqqında danışdı
Cəmiyyət
16.12.2024 12:44
"Bu günə qədər işğaldan azad edilmiş ərazilərə 2 417 ailə, yəni 9 306 nəfər köçürülüb".
TodayPress xəbər verir ki, bunu Baş nazir Əli Əsədov deyib.
Ə.Əsədov bildirib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir:
"2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait ayrılıb (o cümlədən 2025-ci ildə 4 mlrd. manat)".
Bundan başqa, Baş nazir diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uzunluğu 3 200 km təşkil edən 45 yol layihə icra edilir. Bunun 1 275 km-lik hissəsi yerli əhəmiyyətli yollardır.
"2021-ci ildən bugünədək ölkə üzrə ümumi 2 700 km-dən çox avtomobil yolları yenidən qurulub və təmir olunub. Bunun da 1 430 km-lik hissəsi yerli əhəmiyyətli yollardır" deyə o qeyd edib.
tag: İşğal ,Azərbaycan ,Əli Əsədov, Azad ,todaypress.az,