Eldar Əzizov: “Bu problemlər ən inkişaf etmiş ölkələrdə belə var”

Cəmiyyət

21.04.2025 10:20

33

“Bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur”. 

TodayPress xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yağış sularından sonra paytaxtda yaranan mövcud vəziyyəti yerli KİV-ə şərh edərkən bildirib.   

“Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq” deyə Eldar Əzizov qeyd edib.   

Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər. 

“Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq ”deyə İcra Hakimiyyətinin başçısı vurğulayıb.

tag: Eldar Əzizov, Bakı Şəhər İcra Hakimiyyəti,Açıqlama,Ciddi,Sınaq,Todaypress.az,