Elçin Babayev: “BDU-da təhsil alanların 70%-i qızdır"

Cəmiyyət

20.02.2025 10:47

1796

Fevralın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin əməkdaşlığı ilə  “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda Konfrans keçirilib.   

TodayPress xəbər verir ki, tədbiri giriş sözü ilə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev açıb. 

O bildirib ki, hazırda dünyada informatika, riyaziyyat, texnologiya, mühəndislik ixtisaslarında təhsil alanların 35%-ni qızlar təşkil etdikləri halda, ölkəmizdə bu say təqribən 40%-dir. Bu, orta dünya göstəricisindən artıqdır: 

“Dövlətimiz, vətəndaşlarımız, qız və qadınların əlçatan və keyfiyyətli təhsil almaları üçün, öz bilik və bacarıqları ilə insan kapitalı zənginləşdirməsi üçün çalışır. Bu gün təhsil alan və elmi tədqiqat işi ilə məşğul olan qız və qadınların sayı durmadan artır. Onlar artıq təhsil sahəsində problemlərdə üzləşmirlər. Qızların təhsili ilə bağlı dövlət qurumları, qeyri-hökumət təşkilatları, orta ixtisas və ali təhsil müəssisələri davamlı olaraq yenilənən və gənclər arasında maarifləndirici tədbirlər həyata keçirirlər. Onların təhsil alması üçün şəraitin yaradılması, ictimai işlərə cəlb edilməsi, peşə və ixtisas seçimi istiqamətində də ciddi iş aparılır. Təhsil yalnız onların gələcək rifahının təmin olunması üçün deyil, həm də ailə dəyərlərinin qorunması və möhkəmlənməsi, övladlarının düzgün tərbiyə olunması, bütövlükdə isə cəmiyyətin tərəqqisi üçün həlledici rola malikdir”. 

Rektor sonda vurğulayıb ki, hazırda Bakı Dövlət Universitetində bakalavriat və magistratura səviyyəsi üzrə 25 minə yaxın tələbə təhsil alır. Onların 16641 nəfəri qızdır. Bu, 70%-i təşkil edir. Bu il 3803 nəfər qız Bakı Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə qəbul olunub. 

Qiymət Mahir

tag: Ailə qadın uşaq,BDU,Tədbir,Rektor,Todaypress.az,