Əhalinin 89 faizi sosial durumdan razıdır – SORĞU
Cəmiyyət
27.08.2024 12:40
“Respondentlərin 89 faizi Azərbaycanda vəziyyətin yaxşı olduğunu bildirib”.
TodayPress xəbər verir ki, bunu ABŞ-dən olan "Oracle Advisory Group"un seçkiöncəsi sosioloji sorğu ilə bağlı keçirdiyi mətbuat konfransında George Birnbaum deyib.
Qurumun nümayəndəsi seçkiöncəsi aparılan sorğunun nəticələrinə əsasən bildirib ki, respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətinin yüksək olduğunu bildirib. 20 faiz respondent ölkədə vəziyyəti qənaətbəxş qiymətləndirib. 9 faizi isə sualdan yayınıb.
Qeyd olunub ki, Azərbaycanda söz azadlığının olduğunu respondentlərin 85 faizi müsbət qiymətləndirib.
Əlavə olunub ki, respondentlərin 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib. 2 faiz qorunmadığını, 1 faiz isə ümumiyyətlə sualı cavablandırmayıb.
tag: Əhali, Qurum, Azərbaycan, Söz Azadlığı,George Birnbaum, todaypress.az,