Əfv Komissiyasının növbəti iclasının vaxtı bilindi

Cəmiyyət

15.05.2025 11:00

26

Sabah Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. 

TodayPress xəbər verir ki, bu barədə Oxu.Az-a komissiya üzvü Rəşad Məcid məlumat verib. 

O bildirib ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq. 

Xatırladaq ki, bu, komissiyanın bu il sayca yeddinci iclasıdır.

Bu günə qədər komissiya 600-dən çox müraciətə baxıb.

tag: Əfv Məsələləri Komissiyası,Əfv,Müraciət,İclas,Todaypress.az,