DYP sürücülərə müraciət etdi

Cəmiyyət

15.02.2025 13:10

1013

Baş Dövlət Yol Polisi İdarəsi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib.

İdarədən TodayPress-ə verilən məlumata görə, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı nəzərə alınaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür.

"Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi dağlıq ərazilərdə zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara yollardakı mövcud vəziyyətlə bağlı məlumat verir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir" deyə idarənin məlumatında qeyd olunub.

tag: DYP, Xəbərdarlıq, Hava Şəraiti, Nəqliyyat,Təhlükə,Todaypress.az,