DYP bayram günləri ilə bağlı müraciət etdi
Cəmiyyət
30.12.2024 11:00
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 5 yanvar tarixlərinin qeyri-iş günləri olmasına baxmayaraq, texniki baxış məntəqələri xidmət göstərəcək.
Baş Dövlət Yol Polis İdarəsindən TodayPress-ə verilən məlumata görə, bayram günlərində Bakının Sabunçu və Qaradağ rayonlarında (Sədərək Ticarət Mərkəzinin yanı) yerləşən Müayinə Mərkəzləri və respublikаnın digər rаyonlаrındаkı texniki baxış şöbələri 24 saat fasiləsiz iş rejimində sürücülərin xidmətində olacaq.
Əlavə məlumat almaq üçün sürücülər və nəqliyyat vasitələrinin sahibləri 012-590-71-13 və ya 099-810-09-02 nömrələri ilə əlaqə saxlaya bilərlər.
tag: Həmrəylik Günü,Yeni il,Bayram ,DYP ,Sabunçu,Qaradağ ,Bakı,todaypress.az,