Dövrümüzün Mövlanası - “Bolt”

Cəmiyyət

12.04.2025 15:55

83

Aprelin 12-i səhər saatlarında yenə “Bolt” sürücüsü qəza törədib. Nəticədə sərnişin xəsarət alıb.

Artıq ardıcıl ikinci belə hadisədir ki, həftə ərzində baş verir. Deyəcəksiz ki, bunun “Bolt”la nə əlaqəsi var?

Sadəcə təsadüf nəticəsində ola bilər ki, şirkətin sürücüləri ardıcıl qəza törədir. Xeyr, baş verən hadisə nə təsadüfdür, nə də ki, Allahın işi.  Bu, sadəcə “Bolt”un məsuliyyətsizliyidir.

Şirkətə nə vaxt şikayət ünvanlanırsa, o zaman “Sürücülərimiz müstəqil tərəfdaşlardır” deyib sözün əsl mənasında "yola" verirlər. Yəni deyirlər ki, sən nə qədər özünü "öldürsən" də, biz yenə də hər qeydiyyatdan keçəni yoxlamadan sürücü olaraq qəbul edəcəyik.

Günümüzün Mövlana Cəlaləddin Rumisidirlər axı, "nə olursan ol, yenə də gəl” şüarı ilə işlərini yola verirlər. 

Son günlər tez-tez “Bolt” sürücülərinin rəftarı ilə bağlı statuslar yazılır. Şikayətlər həm oxşar, həm də bir az fərqli olur. Yəni, bütün bunlar kifayət etmir ki, cəmiyyət olaraq başa düşək ki, “Bolt”da özbaşınalıqdı?  Deyəsən biz də "boykot" sisteminə keçməliyik. Yoxsa, nə bu şirkət düzələcək, nə də törədilən qəzaların ardı-arası kəsiləcək. 

Töhfə Səməd

tag: Mövlana,Bolt,Taksi,Problem,Todaypress.az,