Dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsinə başlanıldı

Cəmiyyət

04.04.2025 10:23

1717

Cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb. 

TodayPress xəbər verir ki, dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin tələblərinin təmin edilməsi məqsədilə həyata keçirilir.

Ödəyici aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunu rüsum tutan orqan tərəfindən ona təqdim edilmiş “e-bildiriş” əsasında ödəməlidir.

Həmin dövlət rüsumlarının ödənilməsi zamanı hər bir hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur.

tag: Aksiz,Rüsum,Ödəniş,Nişanlama,Todaypress.az,