Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanı ziyarət etdi
Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Fəxri Xiyabanı ziyarət edib.
Bu barədə TodayPress-ə Komitədən məlumat verilib.
Anım mərasimində akademik Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə əklil qoyulub.
Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib, məzarı önünə gül dəstələri düzülüb.
tag: Ailə,Qadın,Uşaq,Komitə,Fəxri Xiyaban,Ziyarət,Todaypress.az,



