Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edildi

Cəmiyyət

12.03.2025 20:50

2785

Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib.

TodayPress xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Fuad Elxan oğlu Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Qeyd edək ki, o, bu təyinata qədər Komitənin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.

 

tag: Gömrük, Sədr, Müavin, Təyinat, todaypress.az,