DİN vətəndaşları rəqəmsal platformalarda diqqətli olmağa çağırdı
Cəmiyyət
25.12.2024 00:32
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları
rəqəmsal platformalarda yayımlanan tanıtım reklamlarına qarşı diqqətli olmağa
çağırıb.
TodayPress xəbər verir ki, bu barədə məlumat DİN-in
sosial şəbəkədə rəsmi hesabında paylaşılıb.
Paylaşımda deyilir:
"Məşhur şəxsləri və ya tanınmış səhifələri təqlid edərək
yaradılmış sosial media hesablarında paylaşılan kontentlərə qarşı diqqətli
olun! Yönləndirilən internet saytların veb ünvanlarını yoxlayın, doğruluğundan
əmin olun! Yönləndirilən keçidlərdə fayl və proqram yükləmə seçimlərinə qarşı
diqqətli olun!"
tag: DİN, Sosial Şəbəkə, Rəqəmsal, Media, Link, todaypress.az,