DİN: Şəki və Balakəndə gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir
Mövcud hava şəraiti ilə əlaqədar Şəki və Balakəndə polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə gücləndirilmiş rejimdə xidmət davam etdirilir.
Bu barədə TodayPress-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Nəqliyyatın və piyadaların hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir.
Həmçinin piyadaların rahat və təhlükəsiz şəraitdə mənzil başına çatmaları üçün lazımi köməklik göstərilir.
tag: DİN,Şəki,Balakən,İş Rejimi,Todaypress.az,


