DİN-in "TikTok"la bağlı əməliyyatları hansı mərhələdədir ? – SORĞU
Cəmiyyət
13.01.2025 13:23
“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlər davam etdirilir”.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib.
"Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı araşdırmalar aparılır" deyə o qeyd edib.
Xatırladaq ki, bir müddət bundan öncə Daxili İşlər Nazirliyi tərəfindən "TikTok" sosial şəbəkəsində aparılan tədbirlər nəticəsində əxlaqsızlığı təbliğ edən bir qrup şəxs saxlanılıb və barələrində tədbirlər görülüb.
Töhfə Səməd
tag: TikTok,DİN,Elbrus İbrahimov,Əxlaqsızlıq,Cəmiyyət,Təbliğat,todaypress.az,