DİN çağırış edir: Təcili Yardıma yol ver!
Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir.
DİN-dən TodayPress-əverilən məlumata görə həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasına və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir.
Daxili İşlər Nazirliyi "Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!” şüarı ilə maarifləndirici sosial çarx hazırlayıb, sürücülərə çağırış edib.
tag: DİN, Çağırış, Təcili Tibbi Yardım, AVtomobil, tdaypress.az,