DİN: Başqalarının itirdiyi, unutduğu bank kartlarından istifadə qadağandır
Cəmiyyət
25.10.2024 23:40
Başqasına məxsus bank
kartından pul çıxarıb “bilmədim” deyənlər bilməlidir: İtirilmiş, hardasa
unudulan başqa şəxslərə məxsus bank kartlarından istifadə etməklə ödəniş və
digər əməliyyatların aparılması qadağandır.
TodayPress xəbər verir ki, bu barədə DİN-in
Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Başqasına məxsus kart hesabında olan vəsaitin hansısa
formada sahibindən icazəsiz, gizli ələ keçirilməsi müvafiq məsuliyyət yaradır.
Vətəndaşın tapdığı bank kartı ilə bağlı 102 Zəng Mərkəzinə, yaxud aidiyyəti
üzrə məlumat verməsi onu məsuliyyətdən azad edir” Eşad Hacıyev əlavə edib.
tag: DİN, Elşad Hacıyev, Bank Kartları, Polis, todaypress.az,