Deputat: “Cəmiyyətimizdə ekologiya mədəniyyəti formalaşmalıdır”

Cəmiyyət

16.10.2024 10:50

“Su problemi ölkənin nə qədər inkişaf edib, etməməsindən asılı deyil. Bizim cəmiyyətdə ekologiya mədəniyyəti formalaşmalıdır. Əgər bu alınmasa, iqlimlə bağlı problemlər öz həllini tapmaqda gecikəcək”. 

TodayPress xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransa deyib. 

Onun sözlərinə görə, iqlim və məişət məsələləri ilə bir çox yüksək səviyyəli qanunlarımız olsa da, onların icrası hələ də həyata keçirilməyib. Səbəb isə cəmiyyətin bunlara hələ hazır olmamasıdır. Buna görə də mariflənmə işləri daha çox aparılmalıdır. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatları, eləcə də tələbələr iştirak edir.

Töhfə Səməd

tag: Hicran Hüseynova, Su, ADA, Azərbaycan ,COP29 ,todaypress.az,