Dənizdə istehsalat sahələrində təhlükəsizlik gücləndirildi

Cəmiyyət

06.01.2025 11:28

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. 

TodayPress xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib. 

Qeyd edilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

"Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır" deyə məlumata əlavə edilib.

tag: SOCAR ,İstehsalat ,Azneft, Əmək, todaypress.az,