Daşkəsən, Gədəbəy və Göygölə yağan dolu fəsadlar törədib

Cəmiyyət

01.06.2024 17:47

Daşkəsən şəhərinə və bir neçə kəndinə dolu yağıb. 

TodayPress-in məlumatına görə, Daşkəsən rayonuna yağan yağış bir neçə dəqiqəlik doluya çevrilib. Yağan dolu bəzi ərazilərdə meyvə ağaclarına zərər vurub.

Qeyd edək ki, Daşkəsən rayonu ilə yanaşı, Gədəbəy və Göygöl rayonlarına da dolu yağıb.

Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.(report)

tag: Daşkəsən, Fəsad, Gədəbəy, Göygöl, Dolu, todaypress.az,