Daha bir tiktoker həbs edildi

Cəmiyyət

11.06.2024 16:35

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən TodayPress-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən görülən tədbirlərlə bu əməllərə yol verən 1996-cı il təvəllüdlü Müşfiq Sərhəngov saxlanılıb.

Müvafiq qərarla M.Sərhəngov inzibati qaydada həbs edilib.

tag: Tiktoker, həbs, Sosial Şəbəkə, DİN, Polis, todaypress.az,