Daha 16 ailə Cəbrayıla köçürüldü
Cəmiyyət
29.09.2024 08:33
Prezident
İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük
Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə
sakinlərinin qayıdışı davam edir.
Cəbrayıl Rayon
İcra Hakimiyyətindən TodayPress-ə verilən
məlumata görə, Biləsuvar rayonunda salınmış qəsəbələrdən 16 ailə 48 sakin
olmaqla bu gün Cəbrayıl şəhərinə köçürülüb.
Həmçinin
bildirilib ki, bugünədək Cəbrayıl şəhərinə 77 ailə 241 sakin köçürülərək, daimi
məskunlaşmaları təmin edilib.
tag: Köç, Cəbrayıl,Azərbaycan , ERmənistan, todaypress.az,