Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA

Cəmiyyət

26.01.2025 10:30

Yanvarın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin TodayPress-ə verdiyi məlumata görə, yanvarın 26-sı saat 10:00-a olan məlumatına əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub. Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub.

Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

tag: Faktiki hava,Milli Hidrometeorologiya,Dağ ,Qar,Duman,todaypress.az,