Ceyranbatanda su nə vaxt veriləcək? – RƏSMİ

Cəmiyyət

18.04.2025 12:51

70

Abşeron rayonu Ceyranbatan Bağları ərazisində içməli suyun verilişinin dayandırılması ilə bağlı TodayPress-ə şikayət daxil olub. 

Yerli sakinlərin sözlərinə görə, artıq üç günə yaxındır ərazidə su gəlmir. 

Məsələ ilə bağlı TodayPress-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda sözügedən ərazidə içməli suyun təmizlənməsi ilə əlaqədar işlər görülür:   

"İntensiv yağışlardan sonra ərazini içməli su ilə təchiz edən magistral su xəttində bulanıqlıq yaranıb, bu səbəblə suyun verilişi dayandırılıb. Əhaliyə verilən içməli suyun təmizlənməsi ilə əlaqədar hazırda işlər görülür. İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək".

Qurumun məlumatına görə, suyun gün ərzində verilməsi gözlənilir.

Qeyd edək ki, aprelin 16-da ölkə ərazisində güclü yağış, bəzi rayonlara isə qar yağıb. 

Türkan İsgəndərli

tag: Ceyranbatan,Su,Təchizat,Sorğu,Todaypress.az,