Cəlilabadın bir hissəsinin qaz təchizatında fasilə olacaq
Cəmiyyət
28.01.2025 20:33
Cəlilabad şəhərinin bir hissəsinin qaz
təchizatında fasilə olacaq.
TodayPress xəbər verir ki, yanvar 30-u saat 10:00
radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad şəhəri üzrə 3 500
abonentin (Heydər Əliyev prospektinin bir hissəsi, M.Hüseyn, A.Azərtürk,
Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək və
Cavadxan küçələri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə
saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
tag: Cəlilabad, Qaz, Fasilə,Təchizat, todaypress.az,