Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlandı
Cəmiyyət
26.01.2025 01:45
Cəlilabad rayon Günəşli kəndi ərazisindəki otlaq sahəsində
silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
TodayPress
xəbər
verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən
əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov"
konstruksiyalı avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron
aşkarlanaraq götürülüb.
Faktla bağlı
araşdırma aparılır.
tag: Cəlilabad, Günəşli, Kalaşnikov,Patron, Polis, todaypress.az,