Çeçenistan təyyarə qəzasında həlak olan sakinlərin ailələrinə yardım edəcək
Cəmiyyət
26.12.2024 16:30
Çeçenistan hakimiyyəti Qazaxıstanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən və yaralanan respublika sakinlərinin ailələrinə maddi və digər yardımlar göndərəcək.
TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə vilayət hökumətinin sədr müavini Xasən Həkimov məlumat verib.
“Çeçenistan rəhbəri Ramzan Kadırovun tapşırığına əsasən, təyyarə qəzasında həlak olanların və yaralananların bütün ailələrinə maddi yardım və ehtiyacları olan bütün digər yardımlar göstəriləcək” deyə o bildirib.
Töhfə Səməd
tag: AZAL ,Aktau ,Təyyarə ,Qəza, Çeçenistan ,todaypress.az,