Çaylarda suyun səviyyəsi artdı
Cəmiyyət
28.10.2024 15:00
Yağan yağıntılarla əlaqədar Respublikanın bəzi çaylarında sululuq artıb.
TodayPress xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.
"Ölkə ərazisində yağan yağıntılarla əlaqədar Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm, Böyük Qafqazın ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 11, Bərgüşadçayda 2, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayda isə 2 sm artm qeydə alınıb" deyə mərkəzin direktoru bildirib.
tag: Yağış, Çaylar, Sululuq, Kür, Qarabağ, Böyük Qafqaz, todaypress.az,