Çaylarda sululuq artdı

Cəmiyyət

08.05.2025 10:19

13

Avtomat hidroloji stansiyaların mayın 08-i saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. 

TodayPress xəbər verir ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 28 sm, Qarasuçayda 18 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçay-Vəngdə 3 sm, Kür çayının aşağı axınında Kür-Surrada 50 sm, Kür-Zərdab, Kür-Salyanda 20 sm, Kür-Şirvanda 42 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 48 sm, Araz çayının yuxarı axımında isə 10 sm artım qeydə alınıb. 

Transsərhəd çayı olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 294 m3/san olmaqla normanın 148%-ni təşkil edir

tag: Çay, Sululuq, Səviyyə, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,