Çaylarda sululuq artdı

Cəmiyyət

28.04.2025 10:02

15

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeoroloji Xidmətdən TodayPress-ə verilən məlumata görə, avtomat hidroloji stansiyaların aprelin 28-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 25 sm, Qusarçay-Kuzunda 19 sm, Qarasuçay-Zərdabda 3 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 2 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 3 sm artıb, su sərfi 158 m3/san olmaqla normanın 89%-ni təşkil edir.

tag: Çay, Sululuq, Səviyyə, Yağış, Milli Hidrometeorologiya Xidməti, todaypress.az,